19 Fevral 2025 12:00

Yeni Klinikada icra olunan əməliyyat konfransda canlı yayımlandı

Yeni Klinika - Yeni Klinikada icra olunan əməliyyat konfransda canlı yayımlandı

Yeni Klinikada icra olunan əməliyyat İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunmuş “Sərhədsiz ginekologiya” IX Beynəlxalq Konfransında canlı yayımlanıb.

Mama-ginekologiya şöbəsinin müdiri Uzm.Dr.Vüsalə Əzizova və Uzm.Dr Nəzrin Məmmədova tərəfindən həyata keçirilən laparoskopik kistektomiya əməliyyatı 24 yaşlı qadın üzərində icra olunub.

Belə ki, klinikaya müraciət edən qadının ultrasəs (USM) və maqnit rezonans tomoqrafiya (MRT) müayinə nəticələrində sol yumurtalıqda endometrioma (7x8 sm) aşkar edilərək əməliyyat qərarı verilib. İcra edilən uğurlu əməliyyat zamanı alınan nümunə histoloji müayinəyə göndərilib.

Məlumat üçün bildirək ki, laparoskopik kistektomiya yumurtalıq kistalarının qapalı yolla çıxarılması prosesidir. Pasiyentin yumurtalıqlarını qoruyan və bir sıra üstünlükləri olan bu prosedur Yeni Klinikanın təcrübəli komandası tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində həyata keçirilir.

Digər xəbərlər