Ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə Yeni Klinikaya müraciət edən 1961-ci il təvəllüdlü Cəmilə Kərimovanın (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) ürək damarında - sol ön enən arteriyanın (LAD) proksimalının uzun seqmentinin 100% darlığı müşahidə edilib.
Ürək-damar cərrahları tərəfindən açıq ürək əməliyyatına alınan xəstəyə döyünən ürəkdə (Off Pump - Beating Heart) aorta koronar şuntlama əməliyyatı icra olunub. Uğurla həyata keçirilən döyünən ürəkdə AKŞ əməliyyatından 4 gün sonra xəstə ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, daha öncə Xidmətlər Zərfi daxilində aorta koronar şuntlama əməliyyatının (AKŞ) icra olunduğu Yeni Klinikada döyünən ürəkdə AKŞ əməliyyatı da ilk dəfə olaraq həyata keçirilib.
Xatırladaq ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində bir sıra əməliyyatların icrası təmin edilir.