18 Fevral 2026 12:00

Yeni Robotik Reabilitasiya Mərkəzində hiperbarik oksigen kameralarının təlimi baş tutub

Yeni Klinika - Yeni Robotik Reabilitasiya Mərkəzində hiperbarik oksigen kameralarının təlimi baş tutub


Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzi pasiyentlərə ən müasir və təhlükəsiz bərpa xidmətlərini təqdim etmək üçün beynəlxalq standartlara cavab verən texnologiyaları tətbiq etməyə davam edir.

Belə ki, “Oxyvein Hyperbaric” tərəfindən istehsal olunan “Oxyduo” hiperbarik oksigen kameralarının istismarı və klinik tətbiqi üzrə ixtisaslaşmış təlim proqramı keçirilib.

Beynəlxalq təmsilçilər mərkəzin mütəxəssislərinə cihazın texniki xüsusiyyətləri, təhlükəsizlik protokolları, pasiyent seçimi meyarları və hiperbarik oksigen terapiyası (HBOT) üzrə klinik göstərişlər barədə ətraflı məlumat veriblər. Təlimin praktiki hissəsində isə iştirakçılar cihazın idarəedilməsi, təzyiq parametrlərinin tənzimlənməsi, fövqəladə hallar alqoritmi və pasiyent monitorinqi prosedurlarını öyrəniblər.

“Oxyduo” hiperbarik oksigen kameraları bir neçə pasiyentin eyni anda terapiya almasına imkan verən multiplace dizayna malikdir və CE markası, EN14931 və ISO 13485 standartlarına uyğun istehsal olunur.

HBOT-nin əsas tətbiq sahələri:
-Xronik və diabetik yaraların müalicəsi
-Anaerob infeksiyalar və dəri-yumuşaq toxuma infeksiyaları
-Radiasiya sonrası toxuma bərpası
-Dalğıc xəstəliklərinin müalicəsi (decompression sickness)
-İşemik və travmatik zədələrdə bərpa dəstəyi
-Dərin yanıq və travmaların müalicəsi

Qeyd edə ki, HBOT yalnız həkim və ixtisaslaşmış tibbi mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.

Photos Gallery

Digər xəbərlər