Hörmətli pasiyentlər, bildirmək istəyirik ki, TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində endoprotez (bud-çanaq və diz oynağının total artroplastikası) əməliyyatları icra olunur.
Qeyd edək ki, böyük oynaqların endoprtozeləşdirilməsi (artroplastikası) dünyada ən çox həyata keçirilən və effektiv əməliyyatlardandır. Əməliyyatda zədələnmiş və yeyilmiş oynağın hissələri süni implantlarla əvəz olunmaqla xəstələrin ağrıları azalır, oynağın funksiyası bərpa olunur və həyat keyfiyyəti yüksəlir.
Odur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Yeni Klinikaya müraciət etməklə
yararlana bilər.
Sizi klinikamızda gözləyirik!