Belə ki, Yeni Klinikaya müraciət edən 1952-ci il təvəllüdlü Rəşid Məmmədovun (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) angioqrafiya müayinəsi olunduqdan sonra ürək damarlarında ciddi tıxanıqlıq (LMCA-80%,LAD-98%,RCA-100%,CXOM1-70%) müşahidə edilib.
Müayinədən dərhal sonra ürəyin yığılma gücü EF-30-35% olan xəstənin əməliyyata alınmasına qərar verilib. Açıq ürək əməliyyatına alınan xəstəyə ürək-damar cərrahları Opr.dr.Nicat Süleymanov və Opr.Dr.Nihad Süleymanzadə tərəfindən aorta koronar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən AKŞ əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb.
Qeyd edək ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində aorta koronar şuntlama (AKŞ əməliyyatı) ilk dəfə olaraq həyata keçirilib.
Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi
Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub