07 İyun 2023 12:00

Yeni Klinikada növbəti mürəkkəb əməliyyat həyata keçirildi – VİDEO

Yeni Klinika - Yeni Klinikada növbəti mürəkkəb əməliyyat həyata keçirildi – VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin urologiya komandası mürəkkəb əməliyyatları uğurla icra etməkdə davam edir.

Belə ki, daha öncə TUR prostat əməliyyatı keçirmiş, prosedura sonrası uretra (sidik kanalı) boyunca daralma, glans penis nekrozuna bağlı parsiyel glansektomiyalı pasiyent Yeni Klinikaya müraciət edib.

Uroloq Uzm. Dr. Məcid Haqverdiyev, Dr. Azad Süleymanov və otorinolarinqoloq Dr. Nərmin Əyyubova tərəfindən ani sidik ləngiməsindən dolayı uzun müddət qarından açılmış sistoma ilə yaşayan xəstəyə Kulkarni metodu ilə yanaq içindən alınan bukkal mukozadan istifadə olunmaqla “Uretroplastika və meatoplastika” əməliyyatı icra olunub.

Uğurlu əməliyyatdan sonra sidik ifrazıyla əlaqəli heç bir şikayəti olmayan xəstə ambulator müalicə üçün evə buraxılıb.

Video

Digər xəbərlər