02 Mart 2024 12:00

Vətən müharibəsi qazisi Yeni Klinikada əməliyyat olundu

Yeni Klinika - Vətən müharibəsi qazisi Yeni Klinikada əməliyyat olundu

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində əməliyyat olunan Vətən müharibəsi qazisi Eqor Qodakov evə yazılıb.

Belə ki, daha öncə sol baldır sümükləri və sağ diz qapağı sınığı diaqnozu ilə travmatoloq Uzm.Dr. Türkel Hüseynov tərəfindən əməliyyat olunan qazinin diz qapağı implantı çıxarılıb.

Qeyd edək ki, Eqor Qodakov Vətən müharibəsi dövründə Füzuli, Hadrut, Cəbrayıl və Zəngilan istiqamətlərində fəal iştirak edərək yaralanıb.

Digər xəbərlər