TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində “İvor Lewis ezofaqektomiya” əməliyyatı uğurla icra olunub.
Hibrid (laparoskopik+sağ torakotomiya) formada icra olunan “İvor Lewis ezofaqektomiya” əməliyyatını ümumi cərrahlar Uzm.Dr Ayxan Abbasov, Uzm.Dr. Vaqif Qurbanov və torakal cərrah Uzm.Dr Firdovsi Fərhadzadə həyata keçiriblər. Əməliyyat sonrası stasionar şöbədə nəzarətdə olan 67 yaşlı kişi xəstə ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, “İvor Lewis ezofaqektomiya” iki mərhələli cərrahi əməliyyatdır. Buraya laparoskomik mədə sərbəstləməsi, ardınca torakotomiya və ezofaqoqastrik anastomoz daxildir.