13 Fevral 2026 12:00

Növbəti uğurlu robotik cərrahi əməliyyat icra olunub

Yeni Klinika - Növbəti uğurlu robotik cərrahi əməliyyat icra olunub

Yeni Klinikanın Ümumi cərrahiyyə komandası robotik cərrahi xidmətləri göstərməkdə davam edir.

Belə ki, düz bağırsaq törəməsi diaqnozu ilə müraciət edən pasiyentdə “Robotic low anterior resection (LAR)” əməliyyatı həyata keçirilib.

Əməliyyatın əsas icraçısı, konsol cərrahı, Yeni Klinikanın Ümumi Cərrahiyyə Şöbəsinin müdiri Elşən Qədimov, xəstə tərəfi assistent (Patient Side Assistant) və əməliyyat masası yanında olan ümumi cərrahlar Elvin Tanrıverdi və Möhsüm Əsgərov tərəfindən uğurla icra olunub.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. İlk əməliyyat isə konsol cərrahı, Yeni Klinikanın Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov və xəstə tərəfi assistent, əməliyyat masası yanında ümumi cərrah Möhsüm Əsgərov tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Yeni Klinikada robotik cərrahiyyə ilə hər əməliyyat daha dəqiq və təhlükəsiz olur. Kiçik kəsiklər sayəsində xəstələr az ağrı hiss edir, qan itkisi minimuma endirilir, sinirlər qorunur və bərpa prosesi sürətlənir. Hər müdaxilə xəstənin rahatlığını və təhlükəsizliyini prioritetə çevirir.

Photos Gallery

Digər xəbərlər