Azərbaycanda ilk dəfə olaraq “Yeni klinika” tibb müəssisəsində “Cobas® 6800” cihazı vasitəsilə COVID-19 virusunu yüksək keyfiyyətli, tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlamaq mümkündür.
Məlumata görə, bu testdən SARS-CoV-2 virusu şübhəsi olan xəstələrdə ağır tənəffüs çətinliyinə, ağırlaşmalara və potensial ölümə səbəb ola biləcək xəstəliyin inkişaf riskini qiymətləndirmək üçün istifadə edilir.
Belə ki, burun-udlaqdan alınmış yaxma nümunələri FDA – Fövqəladə İstifadə Səlahiyyəti (EUA) altında tam avtomatlaşdırılmış “Cobas® 6800” sistemində işləmə alınaraq qısa zaman ərzində cavablandırılır. Məlumat üçün bildirək ki, “Cobas® SARS-CoV-2” analizi tək bir nümunədə həm spesifik “SARS-CoV-2”, həm də “SARS-CoV-2”-yə daxil olan “Pan-Sarbecovirus” ailəsini təyin edən tək yuvacıqlı iki hədəfli analizdir.
Proses zamanı nəticələrin interpritasiyası cihaz tərəfindən avtomatik şəkildə pozitiv və ya neqativ olaraq cihazın monitoruna ötürülür. Qapalı avtomatlaşdırılmış sistem olduğu üçün həm personal tərəfindən yarana bilən əl xətası, həm də analiz zamanı mümkün olan çirklənmə və yoluxma riski aradan qalxmış olur.
Təxminən üç saat ərzində 94 nəticə və gün ərzində orta hesabla 376 nümunə işləmək tutumuna malik olan cihazın həssaslığı olduqca yüksəkdir. Məhz bu səbəbdən cihaz nümunədə mövcud olan az sayda virusu təyin etmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, Azərbaycanda yalnız “Yeni klinika” tibb müəssisəsində istifadə olunan “Cobas® 6800” sistemində nəinki “SARS-CoV-2” virusunu, həmçinin hepatit viruslarının, qrip və bir sıra başqa virusları da təyin etmək mümkündür.