Yeni Klinikada Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı keçirilib.
Multidisiplinar yanaşmaları inkişaf etdirmək məqsədi ilə təşkil olunan tədbir həkim qastroenteroloq Samirə Həsənova və həkim-terapevt Aygül Daşdəmirin moderatorluğu ilə baş tutub.
Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə təşkil edilən “Məqalə saatı”nda həkim-rezident Vüqar İsazadə və həkim-rezident Gülsüm İmanova çıxış ediblər.
Qeyd edək ki, təqdim edilən məqalələr ən yeni və hərkəsin asanlıqla əldə edə bilməyəcəyi mənbələrə istinad edilir.