04 Aprel 2024 12:00

Şəhid polkovnik-leytenantın övladı Yeni Klinikada ağır vəziyyətdən xilas edilib

Yeni Klinika - Şəhid polkovnik-leytenantın övladı Yeni Klinikada ağır vəziyyətdən xilas edilib

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Səlbi Cəfərli Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra edilən mürəkkəb müalicə prosesindən sonra evə yazılıb.

Təxminən bir ilə yaxın hemodializ xəstəsi olan şəhid övladının bədənində yaranan yüklənmə ürək və ağciyərlərdə ciddi miqdarda maye toplanmasına səbəb olub. Ürək çatışmazlığı, pnevmoniya, plevral effuziya, tənəffüs çatışmazlığı, arterial hipertenziya şikayətləri ilə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilən xəstənin dərhal müayinə və müalicələrinə başlanılıb.

Kifayət qədər mürəkkəb olan bu klinik vəziyyətin müalicəsi klinikanın "Tibbi şura"sının qərarı ilə planlaşdırılıb.

Bir aydan artıq müddətdə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin peşəkar komandası - şöbənin müdiri Uzm.Dr. Müşviq Ramazanov, uzman kardioloq Bəhruz Əliyev, nefroloq Taleh Nağdəliyev, uzman uşaq reanimatoloqu Anar Qurbanov, dializ tibb bacısı Naibə Qasımova tərəfindən ciddi nəzarətə götürülən Səlbi Cəfərli sağalaraq doğum günündə evə yazılıb.

Digər xəbərlər