14 Yanvar 2025 12:00

Yeni Klinikada daha bir riskli əməliyyat uğurla həyata keçirilib

Yeni Klinika - Yeni Klinikada daha bir riskli əməliyyat uğurla həyata keçirilib

Yeni Klinikanin Ürək-damar mərkəzinin təcrübəli komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyati riski yüksək olan əməliyyatı uğurla icra edib.

Təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən 59 yaşlı kişi xəstə ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən qəbul edilərək invaziv kardioloq Elvira Babaşovaya yönləndirilib. Kardioloji müayinələr sonrası xəstədə ciddi aorta qapaq stenozu aşkarlanaraq əməliyyat qərarı verilib.

Çəkisi 110 kq, bədən-kütlə indeksi (BKİ) 40 olan xəstənin əməliyyatı olduqca riskli olsa da anestezioloq İsmayıl Əliyev, perfuzioloq Leyla Məhərrəmovanın iştirakı ilə ürək damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən icra uğurla edilib.

Əməliyyat zamanı Mətin Hadizadə tərəfindən aortanın ürəkdan başlanan hissəsinin dar olması və xəstəyə uyğun qapaq implantasiyası üçün aortanın kök hissəsinin genişləndirilməsi proseduru icra edilib.

Əməliyyat sonrası reanimatoloq İlahə Məcidovanın nəzarətində 2 günlük reanimasiya, 5 günlük stasionar müalicə alan xəstə yaxşılaşma ilə evə yazılıb.

Digər xəbərlər