01 Noyabr 2024 12:00

Yeni Klinikada riskli ürək əməliyyatı icra olunub

Yeni Klinika - Yeni Klinikada riskli ürək əməliyyatı icra olunub

​Yeni Klinikanın Ürək-damar mərkəzi komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində riskli ürək əməliyyatını icra edərək 66 yaşlı xəstənin həyatını xilas edib.

Belə ki, mitral qapağın arxa tayının zədələnməsi, ağciyər ödemi diaqnozu ilə klinikaya daxil olan pasiyent Həsən Məmmədova mitral qapağın dəyişdirilməsi əməliyyatı planlanıb.

Vəziyyəti olduqca ağır olan pasiyent bir neçə gün Kardiologiya şöbəsinin müdiri Şahanə Ələsgərli tərəfindən müalicə edilərək vəziyyəti stabilləşdirilib.

Təcili əməliyyata ehtiyacı olan xəstənin ailəsinin razılığı ilə Ürək-damar mərkəzi komandası - kardioloq, ürək damar cərrahı və anestezioloq-reanimatoloq tərəfindən əməliyyata hazırlanıb.

Ağciyər ödemi problemi davam edən pasiyent Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Nicat Süleymanov və ürək-damar cərrahı Nihad Süleymanzadə tərəfindən əməliyyat edilib.

Riskli əməliyyatdan bir neçə gün sonra reanimasiya və stasionar şöbədə müalicə alan pasiyent evə yazıldıqdan sonra kontrol müayinələrinə başlayıb.

Digər xəbərlər