Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin işçi heyəti 278 tibb və 573 qeyri-tibb olmaqla 851 nəfərdən ibarətdir.
32 faizi gənclərdən ibarət olan tibb müəssisəsində fəaliyyət göstərən gənc personalın sayı 274 nəfər təşkil edir.
Onlardan 29-u həkim, 70-i orta tibb, 175 nəfəri isə qeyri-tibb heyətinə daxildir.
Qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Milli Məclisin 8 may 2007-ci il tarixli qərarına əsasən gənclik yaşı 29 təyin edilib.