TƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün “Ürək-ağciyər reanimasiyası və AXD-nin istifadəsi” mövzusunda təlim keçirilib.
İşarət dili tərcüməçisinin iştirakı ilə keçirilən təlimdə iştirakçılara ürək dayanması zamanı ilkin müdaxilə, ürək-ağciyər reanimasiyasının əsas mərhələləri və avtomatik xarici defibrilyatordan (AXD) istifadə qaydaları izah olunub.
Praktiki hissədə iştirakçılar öyrəndikləri bacarıqları xüsusi təlim manekenləri üzərində tətbiq ediblər.
Təlim “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və Azərbaycan Respublikası Deflimpiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
İnklüziv səhiyyə üçün əlçatan bilik və bacarıqların artırılması hər bir fərdin həyat xilas edən ilkin yardıma çıxış imkanlarını genişləndirir.
İlkin yardım bacarıqlarını öyrənin, biliklərinizi yaxınlarınızla paylaşın.
Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi
Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub