Amerika Ürək Assosiasiyasının (AHA) 2025-ci il tövsiyələrinə görə, ürək dayanmasından sonra 2 dəqiqə ərzində başlanılan keyfiyyətli ürək-ağciyər reanimasiyası (CPR) və vaxtında həyata keçirilən defibrilyasiya pasiyentin sağqalma ehtimalını 81%, əlverişli nevroloji nəticə ehtimalını isə 95%-ə qədər artıra bilər.
Bu məqsədlə Yeni Klinikada bütün əməkdaşları əhatə edəcək Təməl Həyat Dəstəyi (BLS) üzrə uzunmüddətli və mərhələli təlim proqramına başlanılıb.
Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında keçirilən praktiki təlimlər zamanı əməkdaşlara ürək dayanmasının erkən tanınması, vəziyyətin sürətli qiymətləndirilməsi, effektiv CPR, komanda işi və real klinik vəziyyətlərə yaxın ssenarilər üzrə praktiki bacarıqlar öyrədilir.
Təlimlər sertifikatlaşdırılmış ekspertlər tərəfindən interaktiv şəkildə və simulyasiya avadanlıqlarından istifadə edilməklə keçirilir.
Ürək dayanması zamanı hər saniyənin həyat üçün həlledici olduğunu vurğulayan Yeni Klinikanın direktoru Zəhra Vəzirova qeyd edib ki, təlimlərin əsas məqsədi əməkdaşlara yalnız CPR alqoritmini öyrətmək deyil, kritik anlarda düzgün qərar vermək, çevik və koordinasiyalı hərəkət etmək bacarığı qazandırmaqdır.
Çünki həyat qurtaran müdaxilə üçün ən vacib an – ilk andır.
Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi
Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub