Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 10 505 nəfər ambulator tibbi xidmət üçün müraciət edib.
Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 10 505 nəfər ambulator tibbi xidmət üçün müraciət edib. Belə ki, 2023-cü ilin yanvar ayı ərzində tibb müəssisəsinə icbari tibbi sığorta üzrə stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 284, əməliyyat olunan pasiyentlərin sayı isə 300 nəfər təşkil edib.
Tibb müəssisəsinə müraciət edən vətəndaşlara isə ümumilikdə 52 443 ambulator tibbi xidmət göstərilib. Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinikadan ibarətdir.
Poliklinikada həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, Neyrocərrahiyyə, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.