TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Könüldən Mərhəmət” adlı aksiya çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mərhəmət evi” uşaq sığınacağında olan uşaqların müayinəsi təşkil olunub.
Tədbir çərçivəsində “Mərhəmət evi” sığınacağından olan 15 uşaq Yeni Klinikada müayinə olunaraq onlara ilkin zəruri tibbi dəstək göstərilib.
Həkim-pediatrların göstərişi ilə qanın ümumi analizi, ultrasəs müayinəsi və s prosedurlardan keçən uşaqlar həmçinin kardioloji, revmatoloji müayinələrdən keçiblər. Bundan başqa sığınacaqdan gələn bir uşaq müayinə edilərək sünnət edilib.