25 Aprel 2024 12:00

Yenidoğulan körpə Yeni Klinika komandası tərəfindən xilas edilib

Yeni Klinika - Yenidoğulan körpə Yeni Klinika komandası tərəfindən xilas edilib

Diafraqma yırtığı ilə doğulan körpə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan uğurlu cərrahi əməliyyatdan sonra evə yazılıb.

Hamiləliyin 30-cu həftəsində bətndəki körpəyə diafraqma (döş boşluğu ilə qarın boşluğunu ayıran əzələ təbəqəsi) yırtığı diaqnozu qoyulan hamilə pasiyent Yeni Klinikanın Uşaq cərrahiyyəsi, Neonatologiya və Mama-ginekologiya şöbələrində nəzarətə götürülüb.

37-ci həftəsində doğulan körpə Yenidoğulmuşların reanimasyasında təqibə alındıqdan 2 gün sonra cərrahi əməliyata alınıb. Uşaq cərrahı Uzm.Dr. Orxan Fərzəliyev tərəfindən döş boşluğunda yerləşən dalaq, mədə, incə və qalın bağırsaqlar qarın boşluğuna endirildikdən sonra körpə Yenidoğulmuşların reanimasiyasında təqibə alınıb.

Uşaq cərrahiyyəsi, Neonatologiya, Mama-ginekologiya və Anesteziologiya şöbələrinin multidisiplinar yanaşmaları sayəsində sağlamlığına qovuşan körpə 10 gün sonra evə yazılıb.

Digər xəbərlər