Yeni Klinikada aortasında ciddi dərəcədə kirəcləşmə (kalsifikasiya), daha əvvəldən ağciyərində buzlu şüşə müşahidə edilən və beyin insultu keçirmiş xəstənin əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində uğurla icra olunub.
3 ay əvvəl qanlı ösürək (hemoptizi) səbəbiylə xəstəxanada stasionar müalicə alan 60 yaşlı kişi xəstə sinədə ağrı, göynəmə şikayətləri ilə tibb müəssisəsinə müraciət edərək koronar anjiyografiya müayinəsi olunub. Əməliyyatının riskli olması ilə əlaqədar digər mərkəzlər tərəfindən qəbul ediləməyən xəstə Uzm.Dr. Əlizamin Yusifli tərəfindən qəbul edilərək aorta-koronar şuntlama əməliyyatına hazırlanıb.
Uzm.Dr. Əlizamin Yusifli və Op.Dr.Mətin Hadizadə tərəfindən uğurla icra edilən əməliyyat zamanı 4 damarda müşahidə edilən daralma və tıxanmalar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılıb.
Əməliyyat sonrası uzanmış intubasiya müddəti, ağciyərlərin funksiyalarında ciddi azalma və beyin insultu keçirmə riskləri Reanimasiya və stasionar şöbədə icra edilən müalicə planı ilə minimuma endirilib.
Yuxarıda qeyd edilən səbəblərdən ciddi reanimasiya və stasionar müalicə alan xəstə artıq ambulator müalicə üçün evə yazılıb.