TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada mürəkkəb açıq ürək əməliyyatı zamanı dörd ayrı və ağır prosedur uğurla həyata keçirilib.
Boğulma, təngnəfəslik şikayətləri ilə tibb müəssisəsinə müraciət edən 63 yaşlı pasiyent ürək-damar cərrahı Uzm. Dr. Əlizamin Yusifli tərəfindən müayinə edilib.
Müayinə zamanı pasiyentdə aorta qapaqda ciddi çatışmazlıq, aorta kökündə və qalxan aortada anevrizma olduğu aşkarlanıb.
Uzm. Dr. Əlizamin Yusifli və Op. Dr. Mətin Hadizadə tərəfindən "Bentall" (aorta kökünün qapaqla birlikdə dəyişdirilməsi) əməliyyatı icra olunub. Əməliyyat zamanı aorta qapaq mexaniki qapaqla dəyişdirilib, aorta kökünün və qalxan aortanın anevrizması ləğv edilərək protezləşdirilib, koronar butonlar neoaortaya tikilib. 5 saata yaxın davam edən əməliyyat uğurla sonlandırılıb.
Əməliyyat sonrası 1 günlük reanimasiya, 4 günlük stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.