07 May 2024 12:00

Xarici qonaqlar Yeni Klinikada

Yeni Klinika - Xarici qonaqlar Yeni Klinikada

Yeni Klinikada Türkiyə və Avstriyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.

Qazi Universitetinin “Sağlık bilimleri” fakültəsi, Fizioterapiya və Reabilitasiya bölməsinin rəhbəri, kafedra müdiri Prof.Dr. Deran Oskay, Türkiyə Kardiopulmonar Fizioterapiya və Reabilitasiya Cəmiyyətinin sədri, fizioterapevt Prof.Dr. Meral Boşnak Güçlü, uzman fizioterapevt Ece Baytok, neyrocərrah, MD, PhD professor Kristian Matula və Axel Kohlmertzın ilə olan görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad iştirak edib.

Direktor Barat Yusubov və direktor müavini Pərvin Əkbərov nümayəndə heyəti ilə görüşdə klinikanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təlimlərin önəmini qeyd ediblər.

Axel Kohlmertzın neyrotravmaların idarə olunması, neyrotravmaların klinikalarda iş prinsipləri, əməliyyatların icra edilməsi, əməliyyat sonrası proses haqqında təqdimatla çıxış edib.

“Tənəffüs Yollarının Təmizləmə Texnikası” kursunun tədrisi məqsədi ilə klinikanı ziyarət edən Prof.Dr. fizioterapevt Meral Boşnak Güçlü və uzman fizioterapevt Ece Baytok isə insprirator və ekspirator həcmi artıran tənəffüs yollarının təmizlənməsi üsullarının tətbiqi istiqamətində çıxış ediblər.

Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirə salınmaz tibbi yardım (böyük və uşaq), Reanimasiya (böyük və uşaq), Neyrocərrahiyyə şöbələrini ziyarət ediblər.

Video

Digər xəbərlər