20 May 2024 12:00

TƏBİB və Yeni Klinikanın nümayəndə heyəti Qırğızıstanda keçirilən sağlamlıq forumunda iştirak edib

Yeni Klinika - TƏBİB və Yeni Klinikanın nümayəndə heyəti Qırğızıstanda keçirilən sağlamlıq forumunda iştirak edib

TƏBİB və Yeni Klinikanın nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Qırğızıstan-Türkiyə-Azərbaycan" sağlamlıq forumunda iştirak edib.

“New North Company”nin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanın Qırğızıstandakı səfirliyinin birinci katibi Şahin İsgəndərov, Türkiyənin Bişkekdəki konsulluq nümayəndələri, yerli tibbi nümayəndələrlə yanaşı, Türkiyənin müxtəlif klinika və tibbi turizm şirkətləri, həkimlər, müxtəlif universitetlərin tibb tələbələri və digər rəsmi şəxslər iştirak edib. Forumda həmçinin TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, TƏBİB Akademiyasının tədqiqatlar və lahiyələr bölməsinin rəhbəri Elnarə Musayeva da iştirak edib.

Sağlamlıq forumunda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad TƏBİB-in fəaliyyət və inkişaf strategiyasından, Yeni Klinikanın fəaliyyətindən, göstərdiyi tibbi xidmətlərdən və tibbi turizm imkanlarından danışıb. Həmçinin xarici ölkələrdən olan həkim və tibb tələbələrinin Yeni Klinikada tibbi təcrübə keçməsi üçün TƏBİB Akademiyasının təqdim etdiyi imkanlar slayd üzərində forum iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov Yeni Klinikada həyata keçirilən cərrahi əməliyyatlar və hepatobilyar cərrahiyyəsi haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, ölkəmiz ilk dəfə olaraq dövlət klinikası səviyyəsində stentlə təmsil olunub. Belə ki, forumda Yeni Klinikanın stenti və promo məhsulları nümayiş olunub. 500-ə yaxın iştirakçının qatıldığı tədbirdə TƏBİB-in nümayəndə heyətinin stenti böyük maraqla qarşılanıb.

Digər xəbərlər