Klinikaya sol bud-çanaq oynağında ciddi ağrı, aşağı ətraflarda 5 sm uzunluq fərqi, gəzə bilməmək şikayətləri ilə müraciət edən 58 yaşlı kişi xəstəyə aparılan müayinələrdən sonra soltərəfli 4-cü dərəcə bud-çanaq oynağı artrozu diaqnozu qoyulub.
Travmatoloq-ortoped Dr. Tural Behbudsoyun uğurla icra etdiyi total bud-çanaq protezləşdirilməsi əməliyyatından sonra xəstənin ağrıları tamamilə azalaraq uzunluq fərqi aradan götürülüb.
Aktiv həyatına geri dönən xəstə daha sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır dərəcədə zədələnmiş xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır.