TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Həmkarlar İttifaqının dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
Aksiyanın məqsədi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji tarazlığın bərpasına kömək etmək, ətraf mühitin qorunması hissini aşılamaq və təbiətə töhfə verməkdir.
Aksiya çərçivəsində klinika rəhbərliyi və əməkdaşları tərəfindən müəyyən olunan ərazilərdə həmişəyaşıl şam ağacları əkilib.
Qeyd edək ki, son səkkiz ayda Yeni Klinikada 300-dən artıq ağac əkilib.