07 Noyabr 2025 12:00

Yeni Klinika və “Sana Hospital Group” arasında növbəti görüş keçirilib

Yeni Klinika - Yeni Klinika və “Sana Hospital Group” arasında növbəti görüş keçirilib

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada növbəti görüş baş tutub.

Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin sədrliyi ilə baş tutan görüş zamanı “Sana Hospital Group”un nümayəndə heyəti - Sven Heininger, Dr. Susanne Eberl, Dr. Tina Kuttner, Dr. Beate Wagner, Benjamin Kuhn, eyni zamanda tibb müəssisəsinin tibb və qeyri-tibb heyəti iştirak ediblər.

İclas zamanı əməkdaşlığın əsas istiqamətləri - hüquqi məsələlər, mövcud qanunvericilik, TƏBİB tərəfindən verilən idarəetmə tapşırıqları, keyfiyyətin idarəolunması sənədlərinin inkişafı, iş təhlükəsizliyi və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, məlumatların qorunması, gigiyenik standartların təkmilləşdirilməsi, informasiya təhlükəsizliyi, həmçinin ictimaiyyətlə əlaqələr və marketinq sahəsi üzrə müzakirələr aparılıb.

Görüş çərçivəsində Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Maliyyə, Satınalma, Əməyin mühafizəsi, Hüquq, İnformasiya təhlükəsizliyi, Dəstək xidmətləri və Biomedikal şöbələrinin nümayəndələri ilə də ayrıca görüşlər keçirilib. Hər bir şöbə üzrə görülən işlər, mövcud təcrübələr və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Sonda tərəflər gələcək əməkdaşlığın daha səmərəli, məqsədyönlü şəkildə davam etdirilməsi üçün yeni perspektiv və fəaliyyət istiqamətlərini müəyyənləşdirərək növbəti görüş üçün konkret plan və tapşırıqlar üzərində razılığa gəliblər.

Photos Gallery

Digər xəbərlər