11 Fevral 2025 12:00

96 yaşlı pasiyent xilas edildi

Yeni Klinika - 96 yaşlı pasiyent xilas edildi

Kardiologiya komandası 96 yaşında miokardın ön divarının kəskin transmural infarktı diaqnozu ilə Yeni Klinikaya transfer edilən xəstənin həyatını xilas edib.

Belə ki, soltərəfli döş qəfəsi nahiyəsində şiddətli ağrı və boğulma şikayətlərinin olduğunu bildirən Qəribov Paşa invaziv kardioloq Tural Sadıqov tərəfindən müayinə edilərək ümumi vəziyyəti ağır olaraq qiymətləndirilib.

Müayinə nəticələrinə əsasən ürəyin gücü (LVEF) 35% müəyyən edilən xəstəyə təcili koronar angioqrafiya müayinəsi qərarı verilib.

İnvaziv kardioloq Tural Sadıqov tərəfindən icra olunan koronar angioqrafiya proseduru zamanı LAD damarında 99% daralma aşkar edilib və eyni seansda uğurlu stent implantasiyası ilə damar tam şəkildə fəsadsız açılıb.

2 gün stasionar şöbədə müalicə alan xəstə ambulator müalicə üçün evə yazıldıqdan sonra kontrol müayinəyə gəldiyi zaman ürəyin atım fraksiyasında əhəmiyyətli artım müşahidə olunub.

Digər xəbərlər