Yeni Klinikaın Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə ürəkdaxili törəmə və ürək damarında ciddi darlıq olan xəstənin əməliyyatı uğurla həyata keçirilib.
Təngnəfəslik şikayətləri ilə tibb müəssisəsinə müraciət edən 68 yaşlı (kişi) xəstədə iri ölçülü ürəkdaxili (sol atrium) törəmə və ürək damarının birində ciddi darlıq olduğu aşkarlanıb. Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Dr. Nicat Süleymanov və Dr. Nihad Süleymanzadə tərəfindən həyata keçirilən əməliyyat zamanı mitral qapağın qarşısını bağlayan ürəkdaxili törəmə çıxarılaraq, müşahidə olunan ciddi darlıq aorta koronar şuntalama əməliyyatı (AKŞ) ilə aradan qaldırılıb, çıxarılan törəmə patohistoloji müayinəyə göndərilib.
Stasionar şöbədə müalicə alan xəstə 1 həftə sonra ambulator müalicə üçün evə yazılıb.