31 May 2023 12:00

Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi

Yeni Klinika - Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin tərəfdaşlığı ilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası təşkil olunub.

Tibb müəssisəsinin rəhbər heyəti, əməkdaşları və ASAN könüllüləri Şirvan regionundakı 26 aztəminatlı ailənin uşaqlarının arzularını reallaşdırıb.

Layihə çərçivəsində “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə könüllülərin təqdimatında “Tıq-Tıq xanım” tamaşası səhnələşdirilib.

Yeni Klinika tibb müəssisəsi olaraq əlçatan arzuların reallaşmasında təşkilati dəstək olan “ASAN Məktub” sosial proqramına təşəkkür edirik!

Video

Digər xəbərlər