Yeni Klinikada Azərbaycan-Türkiyə İş Adamları Birliyinin və Azərbaycanda səfərdə olan Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Yeni Klinikanın direktor müavinləri Ravil Tağıyev, İlqar Mustafayev, TƏBİB-in Beynəlxalq əlaqələr və strateji inkişaf departamentinin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və OSTİM Tibb Klasterinin rəhbəri Fatin Dağçınar iştirak ediblər.
İş adamlarına Klinikanın fəaliyyəti barədə məlumat verilib, həmçinin onların Azərbaycanda səhiyyə idarəetməsi ilə bağlı sualları cavablandırılıb.
Görüş nümayəndə heyətinin klinika ilə yaxından tanış olması üçün təşkil olunan xəstəxana turu ilə yekunlaşıb.