28 May 2024 12:00

Hər yaşda sağlam ol

Yeni Klinika - Hər yaşda sağlam ol

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin “Hər yaşda sağlam ol” layihəsi çərçivəsində ahıl şəxslərin müayinəsi təşkil olunub.

İlkin mərhələdə Nizami Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən sosial layihə çərçivəsində yaşı 65-dən yuxarı, tibbi dəstəyə ehtiyacı olan şəxslər Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan müayinələrdən keçiblər.

Layihə çərçivəsində 17 nəfər Terapiya, Kardiologiya, Nevrologiya, Fizioterapiya, Oftalmologiya, Travmatologiya şöbələrində müayinə olunaraq ambulator müalicəyə cəlb ediliblər. Xatırladaq ki, daha öncə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsindən gələn ahıl şəxslərin müayinəsi təşkil olunub.

Qeyd edək ki, “Hər yaşda sağlam ol” layihəsi çərçivəsində respublikanın bütün rayonlarından olan ahıl şəxslərin Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində göstərilən tibbi xidmətlərdən yararlanması üçün onların klinikaya gətirilərək müayinələrinin yerində təmin olunması davam edəcək.

Video

Digər xəbərlər