Yeni Klinika tibb müəssisəsi Türkiyənin İzmir şəhərində keçirilən tibbi turizm sərgisi çərçivəsində təşəkkürnamə ilə təltif edilib.
Xarici həkim və tələbələrin tibbi təcrübə keçməsi üçün Yeni Klinikada yaradılan yüksək şəraitə görə verilən təşəkkürnamə “ASPENDOS” Academy tərəfindən təqdim edilib.
Sərgidə Yeni Klinikanı TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad təmsil edib.
Məlumat üçün bildirək ki, tibbi turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif xarici ölkələrdən müraciət edən həkim və tələbələrin tibbi təcrübə proqramları
Yeni Klinikada uğurla həyata keçirilir. Proqram çərçivəsində Türkiyə, Rusiya, ABŞ, Almaniya, İspaniya, Çexiya, Rumıniya, Misir, Macarıstan, Malta, Pakistan, Mərakeş və s. kimi ölkələrdən olan tibb tələbələri və həkimlər tibb müəssisəsinin Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult, Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə aidiyyəti üzrə təcrübə keçiblər.