12 Avqust 2024 12:00

“Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın yekun görüşü keçirilib

Yeni Klinika - “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın yekun görüşü keçirilib

Yeni Klinikada TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın yekun görüşü keçirilib.

Görüşdə TƏBİB Akademiyasının şöbə müdiri Tural Xaspolad, “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyin sədri Murad Yusifli, müvafiq tibbi, inzibati şöbə və bölmə rəhbərləri iştirak ediblər. Proqram çərçivəsində iştirak edən xarici tələbələr, şöbə müdirləri və könüllülərin təltif olunduğu görüşdə Murad Yusifli verilən dəstəyə görə tələbələr adından Yeni Klinika rəhbərliyinə, TƏBİB Akademiyasına təşəkkür edib.

Xatırladaq ki “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində Türkiyə, Rusiya, Almaniya, İspaniya, Çexiya, Rumıniya, Misir, Macarıstan, Malta kimi ölkələrdən olan 15 tələbə klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult, Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə aidiyyəti üzrə təcrübə keçiblər.

Digər xəbərlər