Sinədə ağrı, tənginəfəslik şikayəti ilə müraciət edən 60 yaşlı kişi xəstədə koronar angiografiya və digər kardioloji müayinələr sonrası ürək damarlarında ciddi darlıq və atım fraksiyasının aşağı olduğu müşahidə edilib.
Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Dr. Nicat Süleymanov və ürək-damar cərrahı Dr. Nihad Süleymanzadə tərəfindən həyata keçirilən əməliyyat zamanı kardiolojı müayinələrdə aşkarlanan konstriktiv perikardit və miokard infarktına bağlı olaraq perikardın ürəyə yapışıq olduğu, atım fraksiyasının (EF) 20%-ə qədər düşdüyü öz təsdiqini tapıb. Həmçinin ürəyin sol ön enən (LAD) arteriyasının ortasından etibarən ən uzaq nöqtəsinə qədər 1 mm civarında olması olduqca riskli olsa da əməliyyat uğurla həyata keçirilib.
Əməliyyat sonrası 1 gün reanimasiya, 5 gün stasionar şöbədə müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.
Yeni Klinika “ASAN Məktub” sosial proqramı ilə birgə uşaqların arzularını gerçəkləşdirdi
Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub