65 gün koma vəziyyətində Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə alan Şamaxı Abbasova həkimlərinə öz minnətdarlığını bildirir.
Qeyd edək ki, Şamaxı Abbasova böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları qəbul edilib. Daha sonra sepsisə ikinci mərhələdə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə xəstə süni tənəffüs aparatına qoşulub. 3 aya yaxın klinikanın Reanimasiya şöbəsində daha sonra Terapiya şöbəsində stasionar müalicə alan xəstə multidisiplinar yanaşma sayəsində ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, xəstənin müalicələrini Reanimasiya şöbəsinin müdiri, həkim reanimatoloq-anestezioloq Emil Qasımov, uzman uroloq Məcid Haqverdiyev və həkim-terapevt Xəyalə Kərimova təyin edib.