Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Xəyal Qutusu” layihəsi çərçivəsində şəhid övladı Nuray Şükürzadənin arzusu gerçəkləşdirilib.
Belə ki, Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Samir Şükürovun qız övladı Nuray Şükürzadə gələcəkdə həkim peşəsinə yiyələnmək istədiyini simvolik olaraq “Xəyal Qutusu”na atıb.
Xəyalı gerçəkləşən qəhrəmanımızın Vətənə əmanət övladı Yeni Klinikada bir gün keçirib.
Nuray bir günlük iş prosesində avadanlıq və tibbi heyətin işi ilə yaxından tanış olaraq ətraflı məlumata yiyələnib.