27 May 2024 12:00

Ümumi cərrahiyyə komandası mürəkkəb əməliyyatı uğurla icra etdi

Yeni Klinika - Ümumi cərrahiyyə komandası mürəkkəb əməliyyatı uğurla icra etdi

Yeni Klinikada cərrahiyyədə önəmli əməliyyatlardan biri olan “Whipple” əməliyyatı icra edilib.

Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrah Uzm.Dr. Ayxan Abbasov və anestezioloq-reanimatoloq Lalə Əliyevanın komandasının iştirakı ilə baş tutan əməliyyat uğurla həyata keçirilib. Əməliyyatdan sonra stasionar müalicə alan 68 yaşlı kişi xəstə ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, mədəaltı vəzin başının, bu nahiyəyə yaxın olan öd yollarının, onikibarmaq bağırsağın törəmələrində icra edilən “Whipple” əməliyyatı cərrahiyyədə ən böyük əməliyyatlardan hesab olunur. Bu əməliyyatın effektiv tətbiqi üçün təcrübəli cərrahi komandanın olması vacibdir.

Xatırladaq ki, Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində həyata keçirilən əməliyyatlar avropa protokollarına uyğun, müasir yöntəmlərlə icra olunur.

Digər xəbərlər