07 Yanvar 2025 12:00

Təcrübə proqramını yekunlaşdıran əcnəbi həkimlərə sertifikatlar təqdim olundu

Yeni Klinika - Təcrübə proqramını yekunlaşdıran əcnəbi həkimlərə sertifikatlar təqdim olundu

Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva TƏBİB Akademiyasının təcrübə proqramı çərçivəsində tibb müəssisəsində təcrübə keçən pakistanlı həkim Saqib Syed və səudiə ərəbistanlı həkimlər Sara Abdullaziz Alshubat, Almansour Noura Abdullah ilə görüşüb.

Görüş zamanı Travmatologiya və Mama-ginekologiya şöbələrində 2 həftəlik təcrübə proqramını yekunlaşdıran əcnəbi həkimlərə sertifikatlar təqdim olunub.

Eyni zamanda təcrübə proqramının nümunəvi təşkil edilməsi ilə əlaqədar olaraq Mama-Ginekologiya şöbəsinin müdiri Vüsalə Əzizova və Travmatologiya şöbəsinin müdiri Fərhad Verdiyev təşəkkürnamə ilə təltif edilib.

Məlumat üçün bildirək ki, fərqli ölkələrdə təhsil alan tələbə və həkimlərin xəstəxanada aparılan müşahidəçi təcrübə proqramı çərçivəsində Yeni Klinikada müxtəlif ölkələrdən gələn tələbə və həkimlərin praktiki təcrübəsi davam edir.

Digər xəbərlər