TƏBİB Akademiyasında bu il Yeni Klinikada rezidentura təhsilinə başlayan həkim-rezidentlərlə görüş keçirilib.
Görüş zamanı Yeni Klinikanın direktoru Barat Yusubov və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspoladla tanış olan həkim-rezidentlər tibb müəssisəsinin fəaliyyət istiqaməti, həkim-rezidentlər üçün yaradılmış şərait həmçinin TƏBİB Akademiyasındakı təlim və karyera imkanları barədə məlumatlandırılıb.
Həkim-rezidentlərə daim dəstək olmağa hazır olduğunu bildirən Barat Yusubov onlara çətin və şərəfli yolda uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, bu il 22 nəfər rezidentura təhsili üçün Yeni Klinikanı seçib.