26 Sentyabr 2024 12:00

Yeni Klinikada ilk dəfə laparoskopik nefrektomiya əməliyyatı icra edilib

Yeni Klinika - Yeni Klinikada ilk dəfə laparoskopik nefrektomiya əməliyyatı icra edilib

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində laparoskopik sağ nefrektomiya - qapalı üsulla böyrəyin çıxarılması əməliyyatı icra edilib.

Tibb müəssisəsinə müraciət edən 62 yaşlı pasiyentə sağ böyrəyində daş olma səbəbi ilə atrofik (büzüşmüş) böyrək diaqnozu qoyulub və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat anestezioloq-reanimatoloq Lalə Əliyeva, anestezioloq-reanimatoloq Fidan Qazıyevanın iştirakı ilə uzman həkim Turan Məmmədəliyev və uzman həkim Məcid Haqverdiyev tərəfindən uğurla icra edilib.

Məlumat üçün bildirək ki, laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan xəstəxanada yatış müddəti də azalır və eyni zamanda əməliyyatdan sonra bədəndə kobud kəsik, çapıq və s. izlər qalmır.

Qeyd edək ki, böyrək büzüşməsi böyrəklərin anormal formada kiçilməsidir. Sağlam böyrəklərin uzunluğu 10-12 sm, genişliyi 5-6 sm, qalınlığı 3-4 sm olduğu halda atrofik böyrəkdə ölçü daha kiçik olur.

Digər xəbərlər