16 Sentyabr 2024 12:00

Amerikalı həkim Yeni Klinikada olan təcrübəsini başa vurdu

Yeni Klinika - Amerikalı həkim Yeni Klinikada olan təcrübəsini başa vurdu

TƏBİB Akademiyasının təcrübə proqramı çərçivəsində ABŞ-nin Oklohoma ştatından olan Erik Stokvell Yeni Klinikanın Neyrocərrahiyyə şöbəsində 2 həftəlik təcrübə proqramını bitirərək sertifikatla təmin olunub.

Minimal invaziv onurğa cərrahiyyəsi istiqamətində ixtisaslaşmaq məqsədi ilə Yeni Klinikanı seçən Dr. Erik Stokvelli klinikanın direktoru Barat Yusubov qəbul edərək təcrübə müddəti ərzində həyata keçirilən işlərlə tanış olub. Barat Yusubov beynəlxalq mübadilələrin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təşkil olunan təcrübə mübadilələrinin kadrların inkişafına müsbət təsir etdiyini eyni zamanda ölkənin mədəniyyəti və tarixi barədə canlı formada tanışlığa faydalı olduğunu bildirib.

Görüş zamanı təcrübə proqramının nümunəvi təşkil edilməsi ilə əlaqədar olaraq Neyrocərrahiyyə şöbəsinin rəhbəri Uzm.Dr. Tural Əhmədov və bu müddət ərzində amerikalı həkimi müşaiyyət və təcrübə proqramını koordinasiya edən könüllü Mehri Nağıyeva təşəkkürnamə ilə təltif ediliblər. Məlumat üçün bildirək ki, Yeni Klinikada müxtəlif ölkələrdən gələn tələbə və həkimlərin praktiki təcrübəsi davam edir.

Digər xəbərlər