28 Avqust 2024 12:00

Yeni Klinikada tibbi turizm və təcrübə istiqamətində görüş keçirilib

Yeni Klinika - Yeni Klinikada tibbi turizm və təcrübə istiqamətində görüş keçirilib

TƏBİB Akademiyasının dəvəti ilə Ərəb ölkələrində tibbi turizm sektorunda böyük nüfuza malik olan ALSİR şirkətinin təsisçisi və rəhbəri Dr. Mohamed Alsir Yeni Klinikanı ziyarət edib.

Ziyarət çərçivəsində tibb müəssisəsinin direktoru Barat Yusubov və Mohamed Alsir tibbi turizm, tibbi təcrübə istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edərək Azərbaycanın tibbi turizm üçün əlverişli həmçinin müasir, ənənələrə sadiq ölkə olduğunu vurğulayıblar.

Barat Yusubov icbari tibbi sığortanın uğurla tətbiq olunduğu Yeni Klinikanın tibbi turizm sahəsində də inkişaf edərək regionda fəaliyyət göstərən tibb müəssisələrinə nümunə olacağını bildirərək artıq tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması istiqamətində işlərin həyata keçirildiyini qeyd edib.

Klinikanın fəaliyyəti barədə TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad və bölmə müdiri Elnarə Musayeva tərəfindən ətraflı məlumat alan Dr. Mohamed Alsir Yeni Klinikada tibbi təcrübə proqramı üçün gələn həkimlərə yaradılan imkanlarla yaxından tanış olaraq tibb müəssisəsinin şəraiti, həkimlərin peşəkarlığı, müasir texnologiyalardan məmnun qaldığını və klinika ilə əməkdaşlığını daimi olacağını bildirib.

Görüş zamanı təcrübə proqramı çərçivəsində Pakistandan gələn Dr.Saeed Ullaha Yeni Klinikanın Travmatologiya-ortepadiya şöbəsində təcrübə proqramını bitirməsi ilə əlaqədar olaraq sertifikat təqdim olunub.

Məlumat üçün bildirək ki, ALSİR şirkəti tibbi təcrübə və tibbi turizm şirkətidir. Türkiyədə əsası qoyulan şirkətin Dubayda, Hindistanda, İstanbulda ofisləri mövcuddur.

Digər xəbərlər