Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində qapalı üsulla sağ böyrəküstü vəzinin götürülməsi (laparoskopik sağ sürrenalektomiya) əməliyyatı icra edilib.
Sağ böyrək üstü vəzidə olan böyük lezyon səbəbilə Yeni Klinikaya müraciət edən 38 yaşlı kişi xəstənin əməliyyatını anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə Uzm.Dr. Ayxan Abbasov həyata keçirib.
Məlumat üçün bildirək ki, 4 sm üzərindəki lezyonlar açıq cərrahi əməliyyatla icra edildiyi təqdirdə Yeni Klinikada olan müasir avadanlıq və peşəkar həkim heyəti sayəsində əməliyyat qapalı üsulla həyata keçirilib.
Qeyd edək ki, laparoskopik metodla aparılan əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur.