18 İyul 2024 12:00

Kardiologiya komandası ölüm riski yüksək olan xəstəni xilas etdi

Yeni Klinika - Kardiologiya komandası ölüm riski yüksək olan xəstəni xilas etdi

Yeni Klinikanın Kardiologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində riskli angioplastika proseduru uğurla həyata keçirilib.

Belə ki, sinədə kəskin göynədici ağrı ilə başqa tibb müəssisəsinə müraciət etmiş, “Bexterev” xəstəliyi səbəbindən onurğa sütununun deformasiyası olan pasiyentə açıq ürək əməliyyatı qərarı verilib. İki ayrı xəstəxanada onurğa deformasiyası səbəbindən uğursuz intubasiya cəhdi olunan xəstə daha sonra Yeni Klinikaya müraciət edib.

Ətraflı müayinə olunan 1960-cı il təvəllüdlü pasiyentin ürək damarlarındakı darlıqlar çox kritik olduğundan alternativ olaraq LAD-D1 və RCA damarlara angioplastika (stent implantasiyası) qərarı verilib. Olduqca riski olan bu prosedur Kardiologiya şöbəsinin müdiri invaziv-kardioloq Şahanə Ələsgərli və invaziv-kardioloq Gülay Məmmədova tərəfindən uğurla icra edilib.

Uğurlu prosedur sonrası xəstə ambulator müalicə üçün evə yazılıb.

Digər xəbərlər