21 Oktyabr 2024 12:00

Nefroloq, endokrinoloq və terapevtlər Yeni Klinikada bir araya gəldilər

Yeni Klinika - Nefroloq, endokrinoloq və terapevtlər Yeni Klinikada bir araya gəldilər

Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada “Xroniki böyrək xəstəliyində sümük-mineral pozuntularının idarə olunması" kursu baş tutub.

Giriş nitqi ilə tədbiri açıq elan edən Yeni Klinikanın direktoru Barat Yusubov təşkil olunan kursun Müstəqilliyin Bərpası Gününə təsadüf etməsini xüsusi vurğulayaraq müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Direktor təşkil olunan elmi konfrans, simpozium, seminar, kurs və s. tədbirlər sayəsində səhiyyədə olan problemlərə müxtəlif istiqamətlərdən yanaşıldığını, əldə olunan bilik və təcrübələrin paylaşıldıqca çoxaldığını qeyd edib.

Müxtəlif tibb müəssisələrindən olan həkim-terapevt, həkim-nefroloq və həkim-endokrinoloqların iştirak etdiyi tədbirdə Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov “Sümük-mineral pozuntularının əsasları”, Prof.Dr. Ebru Gök Oğuz “Fosfor bağlayıcılar” və Azərbaycan Nefrologiya Cəmiyətinin sədri Cəbrayıl Cəbrayılov isə “Vitamin D və analoqları” mövzusunda çıxış ediblər.

İnteraktiv şəkildə davam edən müzakirələr sual-cavab sessiyası ilə yekunlaşıb.

Digər xəbərlər