Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə Yeni Klinikada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev irsi: qalib, bütöv və lider Azərbaycan” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirib. Direktor Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülərək islahatlar aparıldığını vurğulayıb.
İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Ümumi şöbəsinin müdiri Şəmsi Gülverdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov xalqımızın Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdiklərini bildiriblər. Ötən əsrin 90-cı illərində ağır, böhranlı vəziyyətə düçar olmuş xalqın ötüb keçənləri unutmayaraq xilasına görə özünü Ümummilli Lider Heydər Əliyevə borclu saydıqlarını, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.
Sonda uzun müddət partiya dəyərlərinin təbliğində, ictimai proseslərdə iştirak edən və bu il yubiley yaşında olan partiya veteranları, həmçinin YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü təltif olunub, partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə isə üzvlük vəsiqələri təqdim edilib.