25 Aprel 2025 12:00

Yeni Klinikada tibbi tullantıların idarə olunması ilə bağlı tədbir keçirilib

Yeni Klinika - Yeni Klinikada tibbi tullantıların idarə olunması ilə bağlı tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Yeni Klinikada tibb bacılarına yönəlik ekoloji maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi” qaydalarına uyğun olaraq baş tutub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi, Mətbuatla İş və Ekoloji Maarifləndirmə Sektorunun müdiri Rafiq Ədilov, aparıcı məsləhətçi Aynur Əbdüləzimova və məsləhətçi Sabirə İmaməlilinin çıxış etdiyi maarifləndirici görüşdə tibb müəssisəsinin baş tibb bacısı Sevinc Namazova, İnsan resursları şöbəsinin müdiri Anar Xasməmmədov və Təbib Akademiyasının rəhbəri Tural Xaspolad iştirak ediblər.

Çıxışlar zamanı tibb müəssisələrində tullantıların düzgün idarə olunmasının vacibliyi vurğulanaraq, mövcud problemlər və onların həlli yolları, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları müzakirə edilib.

Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, tullantıların idarə olunması sahəsində mövcud çətinliklər və təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.

Photos Gallery

Digər xəbərlər