12 May 2024 12:00

Yeni Klinikada Ümumdünya Tibb Bacısı Günü qeyd olunub

Yeni Klinika - Yeni Klinikada Ümumdünya Tibb Bacısı Günü qeyd olunub

12 May - Beynəlxalq Tibb Bacısı Günü münasibətilə Yeni Klinikada “21-ci əsrdə Tibb Bacısının Rolu” adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov general Əliağa Şıxlinskinin həyat yoldaşı, şəfqət bacısı Nigar Şıxlinskaya, İkinci Qarabağ müharibəsində yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərərkən şəhid olan Arəstə Baxışova və onların timsalında yüzlərlə qəhraman tibb işçilərinin şücaətini qeyd edib.

Daha sonra çıxış edən TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli pandemiya və Vətən müharibəsi dövründə qəhrəmancasına mübarizə aparan tibb bacılarının zəhmətindən bəhs edib.

Tədbirdə həmçinin Yeni Klinikanın baş tibb bacısı Sevinc Qasımova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin istehsalat təcrübə rəhbəri Kəmalə Bilalova, Amerika Ürək Assosiasiyasının Azərbaycandakı koordinatoru, “Medic School Training Center”in təsisçi direktoru Mətin Mahmudov, Tibb bacılığı və idarəetməsi üzrə uzman tibb bacısı Gülşah Ünsal Cəfərova çıxış edib.

Ölkənin müxtəlif rayon və şəhər tibb müəssisələrinin baş tibb bacılarının iştirak etdiyi tədbirdə həmçinin Özbəkistandan gələn tibb bacıları da iştirak edib.

Digər xəbərlər