28 İyul 2026 12:00

Yeni Klinikada orqan donorluğu və qaraciyər sağlamlığına diqqət çəkilib

Yeni Klinika - Yeni Klinikada orqan donorluğu və qaraciyər sağlamlığına diqqət çəkilib

Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin təşkilatçılığı ilə növbəti "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri keçirilib.

Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktor müavini, Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova orqan nəqlinin tibbi, hüquqi və sosial aspektdən vacibliyini qeyd ediblər.

Çıxışlar zamanı cəmiyyətdə orqan donorluğu mədəniyyətinin təşviqinin vacibliyi, qaraciyər xəstəliklərinin profilaktikası istiqamətində maarifləndirmənin artırılması və sağlam həyat tərzinin qorunmasının əhəmiyyəti vurğulanıb.

150-yə yaxın iştirakçının qatıldığı tədbirdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova "Donor ol, həyat bəxş et", Yeni Klinikanın transplantasiya üzrə koordinatoru İntizar Məmmədova "Qaraciyər Transplantasiyası: Yeni Həyata Açılan Qapı", həkim-dietoloq Gülnar Abdullayeva "Qaraciyərin qorunmasında qidalanmanın rolu", infeksionist Səxavət Xəlilli "Hepatit B", həkim-rezident Gülnar Hüseynova isə "Alkoqolla əlaqəli qaraciyər xəstəliyi" mövzularında çıxış ediblər.

Təqdimatların ardından iştirakçıların mövzu üzrə məlumatlılıq səviyyəsini dəyərləndirmək məqsədilə maarifləndirici sorğu keçirilib eyni zamanda interaktiv sual-cavab sessiyasında ekspertlər qonaqların suallarını cavablandırıblar.

Photos Gallery

Digər xəbərlər